Tələbə Gənclər Təşkilatı yeni rəqəmsal üzv kartı layihəsini ictimaiyyətə təqdim etdi.
Bundan belə hər TGT üzvü öz şəxsi kabinetindən QR kodlu rəqəmsal kart yükləyə biləcək. Bu kart universitetin bəzi xidmətlərindən üstünlüklü istifadə etmək üçün istifadə oluna biləcək.
Rəqəmsal kart üzv haqqında əsas məlumatları — adı, fakültəsi, üzv nömrəsi — özündə əks etdirir.
Layihə TGT-nin texnologiya komissiyası tərəfindən 3 ay ərzində hazırlanmışdır.


